Türkiyə Superliqasının 31-ci turunda “Başakşəhər” klubu doğma meydanda autsayder “Yeni Malatyaspor”u qəbul edib. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən meydan sahibləri rəqibin qapısını sona təzyiqdə saxlayıb. Əmrə Bələzoğlunun komandası əldə etdiyi qol fürsətlərinin yalnız birindən istifadə etməyi bacarıb. 26-cı dəqiqədə Daniel Aleksiç oyunda yeganə qolun müəllifi olub: “Başakşəhər”-“Yeni Malatyaspor” 1:0.
Bu qələbədən sonra xalını 50-yə çatdıran “Başakşəhər” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Yeni Malatyaspor” isə 20 xalla sonuncudur. Tunrir cədvəlinə 71 xalla “Trabzonspor” başçılıq edir.